...

MDB və ATƏT-in müşahidəsi missiyasının rəhbərləri qarşısında fövqəladə qərar qəbul etməyi tələb edən məsələlər yaranmayıb

Siyasət Materials 6 Noyabr 2005 19:28 (UTC +04:00)

Azərbaycanda parlament seçkilərinin gedişinin müzakirə olunduğu MDB və ATƏT missiyasının rəhbərləri Vladimir Ruşaylo və Gerdt Arensin arasında keçirilən görüşündə fövqəladə qərarlar tələb edən kəskin məsələlər yaranmayıb. Bu barədə Trend ə MDB missiyasının Azərbaycandakı missiyasının ofisinin rəhbərinin müavini Sergey Tsuntsov iki missiyanın rəhbərlərinin növbəti görüşünü şərh edərkən bildirib.

Onun söz Trend lərinə görə, görüş planlı xarakter daşıyıb və seçkilərin gedişinin müzakirəsinə həsr olunub. Missiya rəhbərləri seçkilərin monitorinqi zamanı daxil olan informasiyaları müzakirə ediblər.

Onun sözlərinə görə, MDB müşahidəçiləri missiyasının mənzil-qərargahında müşahidəçilərdən informasiya axınının daxil olması davam edir və onların arasında seçkidə qanun pozuntusu faktları da var. Missiyanın nümayəndəsi missiya rəhbərliyinin rəsmi bəyanatına qədər bu faktları şərh etməkdən imtina edib. O, bütün bu informasiyaların ümumiləşdiriləcəyini və MDB missiyasının hesabatına salınacağını bildirib. MDB müşahidəçilər missiyasının rəhbəri Vladimir Ruşaylonun hesabatı və bəyanatı noyabrın 7-də saat 11.00-da açıqlanacaq. Tsuntsov mətbuat konfransının keçiriləcəyi yerin hələ dəqiqləşdirildiyini bildirib.

Xəbər lenti

Xəbər lenti