...

56 saylı Xaçmaz kənd seçki dairəsində müxalifət və iqtidar tərəfindən qanun pozuntuları aşkarlanıb

Siyasət Materials 6 Noyabr 2005 19:42 (UTC +04:00)

"Yeni Azərbaycan Partiyasının 56 saylı Xaçmaz kənd seçki dairəsindən olan namizədi Nizami Xudiyevin noyabrın 6-da Xaçmz TV-də təşviqat materialı gedib". Trend xəbər verir ki, bu barədə Azərbaycan Liberal Partiyasının Seçki Qərargahının bəyanatında bildirilib.

Qeyd edilib ki, Niyazoba kəndində yerləşən seçki məntəqəsində seçki qutusuna N.Xudiyevin xeyrinə bülletenlər atılıb. Bundan başqa 56 saylı Xaçmaz şəhər seçki dairəsinin iki saylı seçki məntəqəsində Yeni Azərbaycan Partiyasının (YAP) namizədinin xeyrinə saxtakarlıq edilib.

Yeni Azərbaycan Partiyasının (YAP) verdiyi məlumata görə isə 56 saylı Xaçmaz kənd seçki dairəsindən "Azadlıq" blokunun müşahidəçisi Kərimov Mehman Rzaxan oğlu gələn seçicilərdən sənəd tələb edərək seçki prosesinə kobud şəkildə müdaxilə edib. O, müxtəlif vasitələrlə seçicilərə təzyiq göstərməyə çalışıb. Baş verən bu hadisə seçki komissiyalarının üzvləri tərəfindən aktlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti