...

MDB-dən olan müşahidəçilər Azərbaycandakı parlament seçkilərinə seçicilərin böyük maraq göstərdiklərini qeyd edirlər

Siyasət Materials 6 Noyabr 2005 20:14 (UTC +04:00)

"Biz Azərbaycanda parlament seçkilərində seçicilərin böyük marağını, çox böyük miqdarda, eləcə də müxalifətdən olan namizədlərin qeydiyyatdan keçdiyini müşahidə etdik". Bu barədə MDB missiyasından müşahidəçi Sergey Markov Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) "Seçkilər" informasiya mərkəzində çıxış edərkən bildirib.

Lakin, onun sözlərinə görə, müşahidəçilər qanun pozuntusu halları ilə də üzləşiblər. Məsələn, Yasamal rayonunda tanınmış müxalifət liderlərindən birinin namizəd olduğu seçki məntəqələrindən birinə baş çəkərkən seçki bülleteninə eyni ad və familiyada olan iki nəfərin adının daxil edildiyinin şahidi olublar ki, bu da həmin namizədə qarşı "oxşarların siyasi texnologiyası"ndan istifadə olunduğunu göstərir. S.Markovun sözlərinə görə, "hakimiyyət partiyasının "oxşarların siyasittexnologiyasından " istifadə etməsi hakimiyyətin seçkilərdən texnoloji saxtalaşdırma texnologiyasının ləğv edilməsini istəməməsi deməkdir".

"Azərbaycanda biz siyasi demokratiyanı gördük",- deyə S.Markov bəyan edib. Buna baxmayaraq, o, seçicilərin barmaqlarının mürəkkəbə batırılmasından istifadəni mənfi qiymətləndirib və bunu "ağılsızlıq" adlandırıb. "Bu sistemi qəbul etməyi Azərbaycana (Afrika ölkələrinə etdiyi kimi) vadar edib. Gələcəkdə bundan imtina edin, bizim normal texnologiyamız kifayətdir", -deyə müşahidəçi bəyan edib.

Xəbər lenti

Xəbər lenti