...

Türkiyənin müşahidə missiyası: Azərbaycanda parlament seçkiləri beynəlxalq standartlar çərçivəsində keçib

Siyasət Materials 6 Noyabr 2005 20:34 (UTC +04:00)
Türkiyənin müşahidə missiyası: Azərbaycanda parlament seçkiləri beynəlxalq standartlar çərçivəsində keçib

6 noyabrda Bakı, Gəncə, Göyçay, İsmayıllı şəhərlərində və Azərbaycanın digər regionlarında səsvermənin güdişini müşahidə edən Türkiyədən olan 82 müşahidəçinin monitorinqinin yekunlarına görə, parlament seçkiləri beynəlxalq standartlara müvafiq keçib. B ubarədə 6 noyabrda Bakıda mətbuat konfransında Türkiyənin müşahidəçi missiyasının rəhbəri "Mərmərə" fondunun baş katibi Akkan Suver bəyan edib.

O bildirib ki, müşahidə missiyasının tərkibinə deputatlar, jurnalistlər, ali məktəb müəllimləri, eləcə də Türkiyənin QHT-nın nümayəndələri daxildir. "Biz dünyanın 22 ölkəsində seçkilərin monitorinqini keçirmişik və qeyd etmək istəyirəm ki, bizim tərəfimizdən heç bir insident və pozuntu faktı qeydə alınmayıb. Səsvermə açıq və demokratik keçirilib", -deyə qrupun rəhbəri bildirib.

A.Suver, həmçinin, seçkilər günü birbaşa yayımın həyata keçirilməsi üçün teleaparatların gətirilməsinə qadağa ilə məlumatları şərh edərkən bildirib ki, bu faktlar "Türkiyənin öz KİV orqanlarının texniki nöqsanlarıdır".

"Bir çox ölkələrdə qanunvericilikdə xüsusi razılığın alınması zəruriliyi nəzərdə tutulur", deyə A. Suver bildirib və Türkiyənin KİV nümayəndələrinin müvafiq ərizə ilə Azərbaycanın konsul idarələrinə müraciət etməli idilər.

Xəbər lenti

Xəbər lenti