...

Mətbuat Şurasının jurnalistlərin seçkidə fəaliyyətinin monitorinqinə dair yekun hesabatı noyabrın 7-də açıqlanacaq

Siyasət Materials 6 Noyabr 2005 21:39 (UTC +04:00)

Azərbaycan Mətbuat Şurasının monitorinq qrupu parlament seçkisində jurnalistlərin peşə borcunu yerinə yetirmələrinə dair apardığı monitorinqin yekun hesabatını noyabrın 7-də açıqlayacaq. Bu barədə Trend ə Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib.

O, bildirib ki, Mətbuat Şurasının monitorinq qrupu seçki günü parlament seçkisində jurnalistlərin peşə borcunu yerinə yetirmələrinin, habelə məntəqə və dairə seçki komissiyalarında onların fəaliyyətinin monitorinqini aparıb. Monitorinq qrupu tərəfindən saat 20.00-a qədər verilən məlumata görə, xidməti vəzifəsini yerinə yetirən KİV əməkdaşlarına qarşı ciddi qanun pozuntusuna yol verilməyib.

Qeyd edək ki, monitorinq qrupunun hesabatının səsvermə başa çatdıqdan sonra, noyabrın 6-sı saat 20.00-da açıqlanması nəzərdə tutulmuşdu. Lakin yekun açıqlamanın vaxtı ertəsi günə, noyabrın 7-ə təxirə salınıb. Ə.Amaşov bildirib ki, bunun səbəbi monitorinq qrpunu üzvlərinin bütün məlumatlarının hamısının hələ Mətbuat Şurasına daxil olmamasıdır. Mətbuat Şurası bölgələrdən, o cümlədən, Naxçıvan Muxtar Respublikasından da jurnalistlərin fəaliyyətinə dair məlumatlar alır: "Bu proses uzun vaxt apardığından ümumilikdə yekun nəticələrin noyabrın 7-də açıqlanmasına qərar verdik. Həm də seçki günü səsvermə başa çatdın sonra baş verənlərlə bağlı məlumlar əldə etməyə çalışırıq. Buna görə də məlumatların ümumiləşdirilməsi prosesi ertəsi gününə qədər davam edəcək"-deyə Ə.Amaşov bildirib.

Xəbər lenti

Xəbər lenti