...

Məzahir Pənahov: Səsvermənin gedişindəki pozuntular barədə hər bir siqnal öyrəniləcək

Siyasət Materials 6 Noyabr 2005 23:29 (UTC +04:00)

Azərbaycanın Mərkəzi Seçki Komissiyasına (MSK) səsvermənin gedişindəki pozuntularla bağlı daxil olan hər bir siqnal diqqətlə öyrəniləcək. Trend in məlumatına görə, noyabrın 6-da Azərbaycanın MSK-nın sədri Məzahir Pənahov bildirib.

Onun sözlərinə görə, MSK nümayəndələri bu və ya digər məntəqədən "hər hansı bir narahatlıqla" bağlı siqnal daxil olan kimi yerlərə gedir və şəxsən vəziyyətin aydınlaşdırılmasında iştirak edirlər. O, "həmişə müxtəlif məntəqələrdə narahatlığın" olmasını "təbii hal" adlandırıb. "Qanuna müvafiq olaraq, biz mütləq onları öyrənməliyk və indiyə kimi Qanuna ciddi surətdə əməl edərək hesab edirəm ki, belə bir mövqeni biz ictimaiyyətə nümayiş etdirməliyik. Hər bir hal qarşıdakı dövrdə öyrənilməli və qanunvericiliyə müvafiq tədbirlər görülməlidir", - deyə o bildirib.

M.Pənahov qeyd edib ki, MSK-nın kənd yerlərindəki fəallığın şəhərdəkini üstələyəcəyi barədə ehtimallarını səsvermənin ilkin nəticələri təsdiqlədi. Bununla yanaşı, o, bəzi şəhər seçki dairələrində kənd elektoratının fəallıq göstəriciləri ilə bərabər olduğunu qeyd edib. Bu, MSK sədrinin sözlərinə görə, şəhərlərdə deputatlığa namizədlərin sayının çox olması ilə əlaqədardır.

Qeyd edək ki, MSK yanında "Seçkilər" İnformasiya Mərkəzinin son məlumatlarına görə, seçkilərdə iştirak edən vətəndaşların sayı 46,83%, yəni 2 miln 183 min 913 nəfər təşkil edir.

Xəbər lenti

Xəbər lenti