...

Bakı şəhər İcra Hakimiyyəti "Azadlıq" blokuna 9 noyabrda aksiya keçirməyə icazə verib

Siyasət Materials 7 Noyabr 2005 13:47 (UTC +04:00)

Noyabrın 7-də Bakı şəhər İcra Hakimiyyəti "Azadlıq" blokunun mitinqlərlə bağlı müraciətinə cavab məktubu göndərib. Bu barədə Trend ə "Azadlıq" blokundan məlumat verilib.

Bakı şəhər icra hakimiyyəti "Azadlıq" blokuna noyabrın 9-da saat 15.00-dan 18.00-dək metronun "20 yanvar" stansiyası yaxınlığından başlayaraq "Qələbə" kinoteatrınadək yürüş-mitinq keçirməsinə icazə verib. Noyabrın 8-də və 10-da mitinq keçirilməsinə isə icazə verilməyib.

Qeyd edək ki, "Azadllıq" bloku meriyaya müraciətində noyabrın 8-9-və 10-da "Qələbə" meydanında mitinq keçirmək istəyini bildirmişdi.

Xəbər lenti

Xəbər lenti