...

"Azadlıq" bloku noyabrın 9-da mitinq-yürüş keçirəcək

Siyasət Materials 7 Noyabr 2005 16:55 (UTC +04:00)

"Azadlıq" seçki bloku noyabrın 9-da saat 15.00-dan 18.00-dək "Qələbə" meydanında mitinq keçirəcək". Trend xəbər verir ki, bu barədə adıçəkilən blokun rəhbərləri birgə qərar qəbul edib.

Mitinqin keçirilməsində əsas məqsəd parlament seçkilərinin saxtalaşdırılmasına etiraz və ədalətin bərqərar olmasıdır. Adıçəkilən blokun təsisçilərindən olan Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirib ki, 125 Dairə Seçki Komissiyasının 100-də seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlı əllərində yetərincə hüquqi əsas var.

Mitinq-yürüşün dinc şəraitdə və konstitusiya çərçivəsində keçiriləcəyini bildirən "Azadlıq" blokunun rəsmiləri onu da qeyd ediblər ki, noyabrın 8-nə planlaşdırılan mitinqə iqtidar tərəfindən icazə verilməyib.

"Azadlıq" seçki bloku ilə əməkdaşlıq barədə müqavilə imzalayan Milli Birlik Hərəkatının lideri Lalə Şövkət Hacıyeva da birgə mübarizənin tərəfdarı olduğunu nəzərə çatdırıb.

Xəbər lenti

Xəbər lenti