...

Avropa parlamentinin müşahidəçiləri səsvermənin gedişini müsbət qiymətləndirib

Siyasət Materials 7 Noyabr 2005 18:49 (UTC +04:00)
Avropa parlamentinin müşahidəçiləri səsvermənin gedişini müsbət qiymətləndirib

Avropa parlamentinin müşahidəçiləri səsvermənin gedişini müsbət qiymətləndirib. Trend bildirir ki, noyabrın 7-də Bakıda keçirilmiş mətbuat konfransında Avropa Parlamentinin qısa müddətli müşahidəçilər missiyasının rəhbəri Mariya Anna İşler Beqium bəyan edib.

O, qeyd edib ki, Azərbaycana ATƏT DİİHB-nin müşahidəçi missiyası çərçivəsində monitorinq keçirən 7 qısa müddətli müşahidəçilərin tərkibində gəlib. O, bildirib ki, Avropa Birliyi Azərbaycanda demokratik institutların inkişafında maraqlıdır.

"Oktyabrın sonunda Avropa parlamenti Azərbaycandakı daxili siyasi vəziyyətin gedişini müzakirə edib"-deyə M.Beqium bildirib və qeyd edib ki, Avropa Birliyi kütləvi aksiyalarda müxalifətlə mübarizədə polis zorakılığından narahatdır.

Xəbər lenti

Xəbər lenti