...

"Ruh" jurnalistlərin seçki günü fəaliyyətinə dair monitorinqinin nəticələrini açıqlayıb

Siyasət Materials 7 Noyabr 2005 20:14 (UTC +04:00)

"RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi 6 noyabr parlament seçkiləriylə əlaqədar təşkil etdiyi "qaynar xətt" vasitəsilə dairə və məntəqə seçki komissiyalarında müşahidə aparan KİV nümayəndələrinə qarşı baş verən xoşagəlməz halları müəyyənləşdirib. Bu barədə Trend ə Müdafiə Komitəsindən məlumat verilib. Komitənin "qaynar xətt"inə 6 noyabr tarixində "Yeni Müsavat" qəzetinin əməkdaşlarıı Məhəbbət Orucov, Azər Ayxan, Rey Kərimoğlu peşə fəaliyyətlərini həyata keçirərkən maneçiliklə üzləşiblər. "Ruh" isə bildirib ki, R.Kərimoğludan başqa "Yeni Müsavat"ın digər əməkdaşları seçkidə "Azadlıq" blokunun rəsmi müşahidçisi qismində iştirak ediblər.

"Paytaxt-sabah" qəzetinin əməkdaşı Anar Orucov 12 saylı Qaradağ-Binə-Yasamal dairəsində 44-cü seçki məntəqəsində məruz qalıb. Mülki geyimli şəxslər ona qarşı zor tətbiq edərək məntəqədən uzaqlaşdırıblar.

Regional "Qırxçıraq" qəzetinin əməkdaşı Şükür İzzətoğlu isə Əli Bayramlı şəhərində peşə fəaliyyətini həyata keçirərkən təzyiqlə üzləşib.

Həmçinin Rusiyanın NTV və RTR telekanallarının peyk avadanlıqlarının Azərbaycana buraxılmaması, Türkiyənin "İhlas" kanalının avadanlıqlarının saxlanılması barədə "qaynar xətt"ə şikayətlər daxil olub. "RUH" daxil olan məlumatları araşdıraraq bir neçə halda jurnalistlərin üzləşdikləri çətinliklərin aradan qaldırılmasına nail olub. "RUH" hesab edir ki, 6 noyabr parlament seçkilərində jurnalistlərin peşə fəaliyətini həyata keçirmələri üçün ümumən normal şərait yaradılıb, onların hüquqlarının məhdudlaşdırılmasına yönələn ciddi qanun pozuntusuna yol verilməyib.

Xəbər lenti

Xəbər lenti