...

İnsan hüquqları üzrə Beynəlxalq elmi şurada hesab edilir ki, 2005-ci il noyabrın 6-da keçirilmiş seçkilər Azərbaycan cəmiyyətinin mərhələli təkamülü hesab edilə bilər

Siyasət Materials 7 Noyabr 2005 20:48 (UTC +04:00)

İnsan hüquqları üzrə Beynəlxalq elmi şuranın ekspert komissiyası (BEŞ EK) "Azərbaycanın Milli Məclisinə seçkilərin yekunları haqqında" rəsmi məlumat yayıb. Trend bildirir ki, BEŞ EK tərəfindən aşağıdakı müsbət məqamlar qeydə alınıb: ilk dəfə olaraq seçkilər bütün seçki prosesini tənzimləyən vahid hüquqi sənəd əsasında keçirilir; ilk dəfə olaraq MSK AR Dağlıq Qarabağ ərazisində müvafiq seçki dairəsi (122-ci Xankəndi seçki dairəsi) yaradıb; deputatlığa namizədlərə dəstək olaraq seçici imzalarının sayı xeyli azaldılıb; seçici depozitinin məbləği xeyli azaldılıb; xarici sosioloji mərkəzlər tərəfindən exit-poll prosedurasının keçirilməsi nəzərdə tutulub; Azərbaycanın praktikasında ilk dəfə olaraq hər bir seçiciyə qanunvericiliyə müvafiq olaraq seçici vəsiqələrinin verilməsi həll edilib

Sənəddə Azərbaycan prezidenti İlham Əliyevin "Seçki praktikasının təkmilləşdirilməsi haqqında" 11 may 2005-ci il tarixli sərəncamı yüksək qiymətləndirilir. BEŞ EK-nin fikrincə, bu, ölkədə seçkiqabağı kampaniya üzrə keyfiyyətcə yeni vəziyyət yaradıb. Seçkilərin monitorinqində milli hüquq-mühafizə təşkilatlarının fəal iştirakının əhəmiyyəti qeyd olunur və beynəlxalq təşkilatların iştirakı ilə seçki kampaniyasının ilkin mərhələsinin müsğət yekunlarının gələcəkdə də davıam etdirilməsi, 6 noyabr seçkilərinin Azərbaycandakı demokratik inkişafda mühüm mərhələ olacağı ilə bağlı ümid edildiyi bildirilib.

BEŞ EK hesab edir ki, seçkilər günü özünü göstərmiş ayrı-ayrı hüquq pozuntularına baxmayaraq Milli Məclisə üçüncü çağırış parlament seçkiləri Azərbaycan cəmiyyətinin demokratikləşdirilməsinə sübutdur və səsvermə prosedurası əsasən Azərbaycanın şəffaf və ədalətli seçki kampaniyası keçirməsi üzrə götürdüyü beynəlxalq öhdəliklərə uyğundur.

2005-ci il 6 noyabr parlament seçkiləri Vətəndaşlıq və Siyasi Hüquqlara dair BMT-nin Beynəlxalq Paktının və eləcə də, 1990-cı il tarixli Kopenhagen sənədinin əsas müddəalarını özündə əks etdirmiş və Azərbaycan cəmiyyətinin Avropa sivil modelinə doğru yolla təkamülündə mərhələ kimi dəyərləndirilə bilər. Əldə olunmuş müsbət təcrübə isə öyrənilməli və gələcəkdə seçki sisteminin islahatında tətbiq olunmalıdır.

BEŞ EK-nın tapşırığı ilə rəsmi məlumatın mətnini BEŞ üzvü İnsan Haqları üzrə Beynəlxalq Təşkilatın sədri, professor Florentin Skaleski açıqlayıb.

Xəbər lenti

Xəbər lenti