...

Azərbaycan prezidenti ölkədə keçirilmiş parlament seçkilərinin nəticələrini müsbət qiymətləndirir

Siyasət Materials 8 Noyabr 2005 11:43 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev ölkədə keçirilmiş parlament seçkilərinin nəticələrini müsbət qiymətləndirir. Trend in xəbər verdiyi kimi, bu barədə dövlət başçısı Azərbaycan Dövlət Televiziyasına müsahibəsində bildirib.

"Ən əsası Azərbaycan xalqının iradəsinin seçkilərdə öz əksini tapmasıdır. Seçkilərin ilkin nəticələri bu barədə danışmağa əsas verir. Ümumi vəziyyət müsbət idi, nəticələr isə sübut edir ki, Azərbaycan xalqı şəffaf şəraitdə öz namizədlərinə səs verərək ən layiqlilələrini seçib", - deyə prezident vurğulayıb. O qeyd edib ki, seçkilərin normal keçirilməsi üçün hər cür şərait yaradılmış və çoxlu sayda xarici və min nəfər yerli müşahidəçi cəlb olunmuşdu.

İlham Ədiyev hakim "Yeni Azərbaycan" partiyasının nümayəndələrinin seçkilərdə uğurla iştirak edərək qələbə qazanmalarından razı qaldığını bildirib. "Enyi zamanda digər siyasi partiyaların nümayəndələri, o cümlədən müstəqil namizədlər də gözəl nəticələr göstəriblər. Seçkilər Azərbaycanın demokratik inkişafında böyük əhəmiyyətə malikdir. Büna görə də biz seçkilərə böyük diqqət ayırmışıq ki, bu da onun normal şəraitdə keçirilməsində öz əksini tapıb", - deyə dövlət başçısı vurğulayıb.

O, həmçinin, bildirib ki, seçkilər zamanı müəyyən qanun pozuntuları baş verib. "7-8 dairədə qanun pozuntusu haqqında mənə məlumat verilib. Prokurorluğa bu pozuntuları araşdırmaq tapşırığı verilib. Vəzifəsindən sui-istifadə edən şəxslər inzibati məsuliyyətə, cinayət əməlləri törətmiş şəxslər isə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Biz seçkilərin normal şəraitdə keçirilməsi üçün bir neçə ay ərzində əlimizdən gələni etmişik, bütün qeyd etdiklərim və digər məsələlər isə bir daha Azərbaycan hökuməti və prezidentinin məqsədinin ədalətli seçkilərin keçirilməsindən ibarət olduğunu sübut edir. Buna görə də mən hansısa bir məmurun özbaşınalığına və ya qanusuz müdaxilənin seçkilərin ümumi nəticələrinə təsir etməsinə yol verə bilmərəm", - deyə İ.Əliyev qeyd edib.

Xüsusilə PA Government şirkəti tərəfindən keçirilmiş exit-poll"a gəldikdə prezident bildirib ki, onun nəticələrini MSK-nın ilkin nəticələri ilə müqayisə edib və "onların demək olar ki, 90%-nin üst-üstə düşdüyünə əmin olub". "Yəni bu, real nəticələrin "exit-poll" tərəfindən də təsdiqlənməsi və seçkilərin şəffaf keçirilməsi deməkdir", - deyə ölkə başçısı vurğlayıb.

Xəbər lenti

Xəbər lenti