...

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı tərcüməçinin səhvini düzəltməyə söz verib

Siyasət Materials 8 Noyabr 2005 16:23 (UTC +04:00)

Azərbaycanda keçirilmiş parlament seçkilərinin beynəlxalq stanadartlara uyğun olmaması haqqında ATƏT PA-nın sədrinin bəyanatının tərcüməsi zamanı linqvistik səhvlərə və təhriflərə yol verilməsi ilə əlaqədar Azərbaycan hökumətinin narazılığı bu təşkilatın müyxtəlif nümayəndələri və müşahidəçilərinin diqqətinə çatdırılıb. Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycan prezidentinin mətbuat katibi Azər Qasımov bildirib.

"ATƏT-in rəsmi nümayəndələri bizim iradlarımızı nəzərə alaraq bu səhvi düzəltməyə söz veriblər", - deyə katib qeyd edib. O, təəssüflə bildirib ki, ATƏT-in rəsmi saytında "Azərbaycandakı seçkilər beynəlxalq standartlara uyğun deyil" başlıqlı material, yəni səhv tərcümə yerləşdirilib. "Əslində heç bir beynəlxalq təşkilat və beynəlxalq müşahidəçi belə bir fikir söyləməyib", - deyə mətbuat katibi vurğulayıb.

Onun fikrincə, tərcüməçi ATƏT PA sədrinin cümləsini belə tərcümə edib: "Dünən keçirilmiş seçkilər demokratik seçkilərin keçirilməsi sahəsində ATƏT tərəfindən irəli sürülmüş öhdəliklərə və mövcud beynəlxalq normalara cavab verməyib". Cümlənin düzgün tərcüməsi isə belə olmalıdır: "6 noyabr seçkiləri demokratik seçkilərin keçirilməsi sahəsində ATƏT-in bir sıra mövcüd öhdəliklərinə və Avropa Şurası standartlarına cavab verməyib".

Xəbər lenti

Xəbər lenti