...

Azərbaycan və Dünya Bankı SCADA layihəsinin 2-ci mərhələsinin reallaşdırılması üçün kredit razılaşmasını imzalayıblar

Siyasət Materials 8 Noyabr 2005 17:33 (UTC +04:00)
Azərbaycan və Dünya Bankı SCADA layihəsinin 2-ci mərhələsinin reallaşdırılması üçün kredit razılaşmasını imzalayıblar

Noyabrın 8-də Bakıda Azərbaycan hökuməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB-Dünya Bankının strukturu) əhalinin və sənaye obyektlərinin etibarını və keyfiyyətini artırmağa imkan verən SCADA sisteminin tətbiqi layihəsinin ikinci mərhələsini reallaşdırmaq üzrə kredit razılaşması imzalayıb. Kredit razılaşması ölkənin baş nazirinin müavini Yaqub Eyyubov və Dünya Bankının Cənubi Qafqaz üzrə direktoru Don Dauset-Koyrolo tərəfindən imzalanıb.

Trend in məlumatına görə, kreditin miqdarı $48 miln təşkil edir və o, BYİB-nın şərtləri ilə Azərbaycana təqdim olunan ilk kreditdir. Kreditin müddəti 8 illik güzəşt dövrü ilə (LIBOR +0,5%) 20 il təşkil edir.

Sənədin imzalanması zamanı Y.Eyyubov Azərbaycanın DB ilə 1992-ci ildən əməkdaşlıq etdiyini, 1995-ci ildən isə Bakının su təchizatı sisteminin yenidənqurulması layihəsi üzrə ilk kredit ayrıldığını bildirib. "Hazırda DB ilə 24 layihə üzrə ümumi məbləği $655,8 miln olan kredit razılaşması imzalanıb. Həmin layihələrdən 9-u artıq başa çatıb. Bütün kreditlərdən $241,3 miln ölkə iqtisadiyyatının reabilitasiyasına və sənaye cəhətdən inkişafına, $414,5 miln isə digər layihələrə ayrılıb. "Dünya Bankf ölkəyə yardım strategiyası çərçivəsində 2006-2009-cu illər ərzində Azərbaycana hər il $300 miln ayıracaq. Cəmisi $1,2 milrd ayrılacaq ki, bu rəqəmdən $250 miln energetika və qaz sektoruna yönəldiləcək", - deyə Y. Eyyubov bildirib.

D.Dauset-Koyrolo bildirib ki, SCADA sistemi enerji sisteminin səmərəli işini artırmağa, qəzaları operativ ləğv etməyə, itikiləri azaltmağa və şərti yanacağa qənaət etməyə imkan verir. 2006-2008-ci illərdə Azərbaycanda tətbiq ediləcək avtomatlaşdırılmış operativ idarəetmə sistemi Avropada və MDB ölkələrində ən müasir sistem olacaq.

Xəbər lenti

Xəbər lenti