...

Gəncədə iki nəfər ağır xəsarət alıb

Siyasət Materials 8 Noyabr 2005 19:36 (UTC +04:00)

Bu gün Gəncədə Heydər Əliyev adına meydanda musiqili fontanın tikilişi zamanı bədbəxt hadisə baş verib. Belə ki, fontanın içində aparılan hörgü divarı uçub. Nəticədə orada olan iki fəhlə uçan divarın altında qalıb.

Onlardan biri "Su-kanal" törəmə səhmdar cəmiyyətinin işçisi, 1962-ci il təvəllüdlü İskəndərov Əlövsət, digəri isə Çoxsaylı Mənzil Komunnal Təsərrüfat İstehsalatı Birliyinin işçisi, 1954-cü il təvəllüdlü Yusifov Zəfərdir.

Xəsarət alanlar dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstaxanasına çatdırılıblar. Onlara təcili ilk tibbi yardım göstərilib. Xəstəxananın həkimi, travmatoloq Rafael Əsədovun sözlərinə görə, onlarda ciddi zədələnmələr, sınıq və çat kimi xəsarətlər aşkar olunmayıb. Xəsarət alanların hər ikisində əziklər var.

Xəbər lenti

Xəbər lenti