...

Mübariz Qurbanlı: "Seçkilər yenidən keçirilə bilməz"

Siyasət Materials 9 Noyabr 2005 11:17 (UTC +04:00)

"Müxalifət bu vaxtadək heç bir seçkinin nəticələri ilə razılaşmayıb". Bu barədə Trend ə hakim Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini Mübariz Qurbanlı bildirib.

YAP rəsmisi qeyd edib ki, 2005-ci il 6 noyabr parlament seçkilərini izləyən bir sıra beynəlxalq müşahidəçilər seçkilərin şəffaf keçirildiyi qənaətində olduqlarına görə müxalifətin ittihamları ilə üzləşiblər: "Müxalifət seçkilərin yenidən keçirilməsi tələbi ilə çıxış edib. Bu isə mümkün deyil".

M.Qurbanlı onu da bildirib ki, Azərbaycan müxalifəti yalnız 1992-ci ildə keçirilən prezident seçkilərini demokratik seçim kimi qələmə verirlər. "Həmin seçkinin nəticəsində Azərbaycanda yaranmış acınacaqlı vəziyyət isə hamıya məlumdur", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti