...

Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini "Azadlıq" blokunun nümayəndələri ilə görüşüb

Siyasət Materials 9 Noyabr 2005 12:50 (UTC +04:00)

Noyabrın 9-da Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini Yaşar Əliyev "Azadlıq" blokuna daxil olan partiyaların üzvləri ilə görüşüb. Bu barədə Trend ə Yaşar Əliyev məlumat verib.

"Qısa çəkən görüşdə Müsavat Partiyasının nümayəndəsi Məmməd Zeynalov, AXCP (islahatçılar) sədrinin müavini Həsən Kərimov və Bakı şəhər prokurorunun müavini Hafiz Babayev iştirak edirdi. Bizdə "Azadlıq" blokunun planlaşdırdığı mitinqlə bağlı təxribat planının hazırlanmasına dair əməliyyat məlumatları var. Blokun görüşdə iştirak edən nümayəndələrinə xəbərdarlıq etdik ki, hər hansı qarışıqlıq baş verərsə məsuliyyət "Azadlıq" blokunun üzərində qalacaq", - deyə Y.Əliyev bildirib.

Rəis müavini onu da qeyd edib ki, "Azadlıq" blokunun Qələbə meydanında saat 15.00-a planlaşdırdığı icəzali mitinq zamanı polis asayişin qorunmasını həyata keçirəcək və artıq bununla bağlı tədbirlər görülüb.

Xəbər lenti

Xəbər lenti