...

Azərbaycan Tərəqqi Alyansı seçki bloku toplantı keçirə bilmir

Siyasət Materials 9 Noyabr 2005 13:24 (UTC +04:00)

"Azərbaycan Tərəqqi Alyansı (ATA) seçki bloku toplantı keçirə bilmir". Bu barədə Trend ə adıçəkilən blokun rəhbəri Tərəqqi Partiyasının sədri Çingiz Dəmiroğlu bildirib.

Ç.Dəmiroğlu bunu blokun təsisçilərinin seçkidən sonra bir araya gələ bilməməsi ilə əlaqələndirib: "Gəncədən qayıtdıqdan sonra blokun rəhbərliyini bir yerə toplamağa çalışacam və toplantı keçirib parlament seçkilərinə münasibət bildirəcəyəm".

Ç.Dəmiroğlu onu da bildirib ki, blok seçkidən sonra da fəaliyyətini davam etdirəcək.

Adıçəkilən blokda təmsil olan Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı isə blokdan çıxmaq barədə fikirləşdiyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti