...

Eldar Namazov ABŞ səfiri və MDİ-nin nümayəndəsi ilə parlament seçkisini müzakirə edib

Siyasət Materials 9 Noyabr 2005 16:00 (UTC +04:00)

"Yeni Siyasət" seçki blokunun Koordinasiya Şurasının üzvü, Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov noyabrın 9-da ABŞ-ın Azərbaycandakı səfiri Rino Harnişlə görüşüb. Bu barədə Trend ə "Yeni Siyasət" blokundan məlumat verilib.

Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, 6 noyabr parlament seçkilərinin nəticələri, seçki günü baş verən qanun pozuntuları, və digər məsələlər barədə müzakirələr aparılıb.

Noyabrın 9-da Eldar Namazov həmçinin Milli Demokratiya İnstitutunun (MDİ) Bakı ofisinin rəhbəri xanım Kristi Kverklə görüş keçirib. Görüşdə 6 noyabr parlament seçkiləri, "Yeni Siyasət" seçki blokunun seçkilərdə iştirakı, müşahidə edilən seçki saxtakarlıqları və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti