...

Əli Əhmədov: "Müxalifət məğlubiyyətini qeyd edib"

Siyasət Materials 9 Noyabr 2005 21:05 (UTC +04:00)

"Müxalifət noyabrın 9-da "Qələbə" meydanında keçirdiyi mitinqlə məğlubiyyətini qeyd edib". Trend xəbər verir ki, bu barədə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov ATV kanalına verdiyi eksklüziv müsahibəsində bildirib.

Ə.Əhmədov qeyd edib ki, YAP isə qələbəsini qeyd etmək şərəfinə nail olub: "Hər bir partiya xalqın inamı əsasında mandat əldə edib. Kim özünü doğruldursa o, da Milli Məclisdə təmsil olunur. Ancaq müxalifət məğlubiyyətinin səbəbini başqasında axtarır".

Qeyd edək ki, noyabrın 10-da saat 15.00-da "Qələbə" meydanında YAP seçkilərdə qələbə qazanması münasibətilə mitinq-konsert keçirəcək.

Xəbər lenti

Xəbər lenti