...

Turan Moralı: "Türkiyənin xarici işlər nazirinin Bakıya səfəri ölkədə seçki prosesi başa çatdıqdan sonra baş tutacaq"

Siyasət Materials 10 Noyabr 2005 11:27 (UTC +04:00)

Türkiyənin XİN başçısı Abdulla Gülün Bakıya səfər tarixi ölkədə seçki prosesinin başa çatmaması ilə əlaqədər hələ müəyyən edilməyib. Bu barədə Trend ə Türkiyənin Azərbaycandakı səfiri Turan Moralı bildirib.

"Səfərin dəqiq tarixi hələ müəyyən edilməyib və Ankaradan mənim ünvanıma bununla bağlı heç bir tapşırıq daxil olmayıb", - deyə səfir qeyd edib.

Diplomat xatırladıb ki, səfər sentyabra planlaşdırılsa da, o, Türkiyənin Avropa Birliyinə daxil olması ilə üzrə danışıqların başlanması, daha sonra isə Azərbaycanda parlament seçkiləri ilə əlaqədar təxirə salınmışdı.

Xəbər lenti

Xəbər lenti