...

Azərbaycan Naminə blok "Azadlıq" bloku ilə birgə mübarizə aparmayacaq

Siyasət Materials 10 Noyabr 2005 15:03 (UTC +04:00)

"Azərbaycan Naminə seçki bloku Azərbaycanda mitinq keçirməyəcək". Bu barədə Trend ə adıçəkilən blokun mərkəzi seçki qərargahının rəhbəri Taleh Əliyev bildirib.

T.Əliyev qeyd edib ki, blok yalnız piket xarakterli aksiyalar keçirmək haqqında düşünür: "Mitinqləri isə xaricdə - Ukrayna, Rusiya, Türkiyə və Avropanın bir sıra ölkələrində fəaliyyət göstərən ATƏT və Avropa Şurasının ofislərinin qarşısında keçirməyi planlaşdırmışıq".

Adıçəkilən blokun səlahiyyətlisi onu da bildirib ki, seçkilərin nəticələrinin ləğv olunması ilə bağlı "Azadlıq" bloku ilə birgə mübarizə aparmayacaqlar: "Hələlik müstəqil mübarizəni seçmişik".

Xəbər lenti

Xəbər lenti