...

YAP qələbə mitinqini keçirib

Siyasət Materials 10 Noyabr 2005 17:46 (UTC +04:00)
YAP qələbə mitinqini keçirib

Hakim "Yeni Azərbaycan" partiyasının noyabrın 10-da saat 15.00-da parlament seçkilərində qələbə qazanması münasibətilə "Qələbə" meydanında mitinq keçirib. Trend xəbər verir ki, mitinq Azərbaycan himni ilə açılıb. Çıxıh edən YAP-ın icra katibi Əli Əhmədov 2005-ci ilin noyabrın 6-da keçirilən parlament seçkilərində hakim partiyanın qələbə çalması münasibətilə Azərbaycan xalqını təbrik edib. "Qələbənin mənbəyi Azərbaycan prezienti İlham Əliyevin həyata keçirtdiyi siyasətdir, xalqın dövlət başçısına olan etimadı, inamıdır. Daha sonra çıxış edən Ziyafət Əskərov qeyd edib ki, YAP bu parlament sçekilərində qələbə qazanacağını əvvəlcədən bilirdi. "Çünki bu partiya İlham Əliyev siyaətini həyata keçirib".

Digər çıxış edən Rəbiyyət Aslanova qeyd edib ki, biz Azərbaycan bayrağını yad bayrağlara dəyişmədik. "Dünən bu meydanda müxalifət mitinq keçirdi. Onların əllrində Azərbaycanın üçrəncli bayrağı yox, rəngini dəyişmiş yad bayrağlar dalğalanırdı. Ona görə də xalq onlara etimd göstərməyib".

Mitinq saat 17.00-da atəşfəşannqla başa çatdı. Prezident Apapratı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun jurnaloistlərə verdiyi məlumata görə, mitinqdə 40 mindən çox insan iştirak edirdi.

Xəbər lenti

Xəbər lenti