...

Mübariz Qurbanlı: "Müxalifət Azərbaycana yenidən çadır dövrünü gətirmək istəyir"

Siyasət Materials 11 Noyabr 2005 11:51 (UTC +04:00)

"Müxalifət Azərbaycana yenidən çadır dövrünü gətirmək istəyir". Bu barədə Trend ə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icraçı katibinin müavini Mübariz Qurbanlı bildirib.

M.Qurbanlı qeyd edib ki, iqtidar müxalifətin naşılığı üzündən 1992-ci ildən Azərbaycanda qurulan çadır şəhərciklərini sökdürür, ancaq müxalifət meydanlarda özünə çadır qurmaq niyyətindədir: "Xalqın səsini qazana bilməyən müxalifət çadır qurmaqla xalqdan dəstək qazanmaq niyyətini güdürsə, yanılır".

YAP rəsmisi onu da bildirib ki, müxalifətin narıncı çadır qurmaq niyyəti yalnız xarici havadarlarının xoşuna gələ bilər: "Meydanlarda yad bayraqlar, yad şüarlar, yad portretlər tutan müxalifət çadırlara dönmək istəyirsə, deməli, buna layiqdir".

Qeyd edək ki, seçkilərdə səs qazana bilməyən müxalifət nümayəndələri "Qələbə" meydanı qarşısında narıncı rəngdə çadır qurmaq istəyindədir.

Xəbər lenti

Xəbər lenti