...

Seçkilərdə qələbə qazanan müstəqil namizədlər bir araya gəliblər

Siyasət Materials 11 Noyabr 2005 17:52 (UTC +04:00)

"2005-ci il 6 noyabr Azərbaycan parlamentinə keçirilən seçkilərdə qələbə çalan müstəqil namizədlər seçkilərin şəffaflığından razılıqlarını bildiriblər". Trend xəbər verir ki, bu barədə noyabrın 11-də müstəqil namizədlərin birgə keçirdiyi mətbuat konfransında bəyan edilib.

Qeyd edək ki, qələbə qazanan müstəqil namizədlər Vahid Əhmədov, Azay Quliyev, Bəxtiyar Əliyev, Qüdrət Həsənquliyev, Əli Məsimov və Qənirə Paşayeva ayrı-ayrılıqda çıxışlar edərək seçkilərin baş tutduğunu qeyd ediblər.

Namizədlər seçkilərin saxtalaşdırılması və demokratik keçirilməməsi ilə bağlı bəzi qüvvələr tərəfindən söylənilən ittihamları rədd ediblər. Bildiriblər ki, həmin qüvvələr öz məğlubiyyətləri ilə barışmalıdırlar.

Xəbər lenti

Xəbər lenti