...

Prezident İlham Əliyev Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Siyasət Materials 11 Noyabr 2005 20:28 (UTC +04:00)

Trend bildirir ki, Azərbaycan prezidenti İlham Əliyev noyabrın 11-də Azərbaycan xalqını Konstitusiya Günü münasibətilə təbrik edib.

Təbrikdə xüsusilə qeyd olunur: "Noyabrın12-də müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunmasının 10 illiyi tama olur.Əsa qanunverici aktın qəbul edilməsi milli dövlətçilik tariximizdə yeni bir mərhələ açıb. Vətəndaşlar əmin ola bilər ki, Azərbaycan bundan sonra da inkişaf etdiriləcək, onun dünya siyasətində rolu daha da güclənəcək".

Təbrikdə 6 noyabr parlament seçkilərinə toxunularaq qeyd olunur ki, müəyyən nöqsanlara baxmayaraq bu seçkilər Azərbaycanın demokratik inkişafında, habelə ölkənin seçki qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılmasında mühüm rol oynayıb.Seçkilər əhalinin yüksək fəallığı şəraitində baş tutub və cəmiyyətin geniş demokratiya potensialına malik olduğunu nümayiş etdirib.

"6 noyabr səsverməsi Konstitusiyanın belə bir müddəasının əyani sübutu oldu ki, hakimiyyətin mənbəyi Azərbaycan xalqıdır və nəticələr də onun iradəsini əks etdirməlidir"-deyə təbrikdə qeyd olunur.

Xəbər lenti

Xəbər lenti