...

Fuad Ələsgərov: "Müxalifətin uzunmüddətli mitinqlər keçirməsinə imkan verilməyəcək"

Siyasət Materials 11 Noyabr 2005 20:35 (UTC +04:00)

Müxalifətin uzunmüddətli mitinqlər keçirməsinə imkan verilməyəcək. Trend in məlumatına görə, bu sözləri Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının hüquq mühafizə orqanları ilə iş üzrə şöbəsinin mudiri Fuad Ələsgərov söyləyib.

Fuad Ələsgərov bildirib ki, kimliylindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı Azərbaycan Respublikasının qanunlarına, o cümlədən "Sərbət toplahşmaq haqqında" Qanuna əməl etməlidir.

"Qanuna muvafiq olaraq Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış marşrutlar üzrə və yerlərdə müəyyən olunmuş vaxtda bu mitinqlərin keçirilməsinə imkan verilə bilər. Uzun müddətli mitinqlərin keçirilməsinə isə İcra Hakimiyyəti tərəfindən imkan yaradılmayacaq. Çünki bu, qanunaziddir".

F.Ələsgərov onu da qeyd edib ki, icazəsiz aksiyalar zamanı polisin adekvat tərdirlər görməsi zəruridir. F.Ələsgərov: "Hər hansı qanunsuz aksiya zamanı polis işçiləri adekvat tədbir görməlidirlər. Bu da təhlükəyə mütənasib olaraq polisin fiziki qüvvə tətbiq etməsidir". F.Ələsgərov bildirib ki, adekvat tədbirlər zamanı fiziki qüvvədən istifadə edən polis əməkdaşları heç bir məsuliyyət daşımırlar.

Xəbər lenti

Xəbər lenti