...

"YES" bloku "Azadlıq" bloku ilə birgə mübarizə aparmaq qərarını verməyib

Siyasət Materials 14 Noyabr 2005 11:47 (UTC +04:00)

"Yeni Siyasət" (YES) bloku seçkilərin yenidən keçirilməsi ilə bağlı "Azadlıq" bloku ilə birgə mübarizə aparmaq barədə qərarını verməyib". Bu barədə Trend ə "Yeni Siyasət" blokunun təsisçilərindən olan Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) ideologiya məsələləri üzrə katibi Elşən Manafov bildirib.

E.Manafov qeyd edib ki, "YES"in Koordinasiya Şurası hələ bu məsələni müzakirə etməyib: "Azadlıq" blokunun seçkilərin yenidən keçirilməsi ilə bağlı keçirdiyi mitinqlərdə "YES" nümayəndələri blokun adından iştirak etmirlər. Onlar təmsil etdikləri qurumların adından çıxış edirlər".

ASDP səlahiyyətlisi onu da bildirib ki, seçkilərin yenidən keçirilməsi ilə bağlı "Azadlıq" blokunun mübarizəsinə qoşulmaq barədə qərar "YES"də asanlıqla qəbul edilməyəcək: "Çünki "Azadlıq" bu mübarizəni başqa formada, başqa bayraq altında aparmaq niyyətindədir".

Xəbər lenti

Xəbər lenti