...

Xəzərin statusu üzrə Xüsusi İşçi Qrupunun növbəti iclasının tarixi müəyyən edilib

Siyasət Materials 14 Noyabr 2005 13:02 (UTC +04:00)

Xəzərin statusunun müəyyən edilməsi üzrə Xəzəryanı ölkələrin Xüsusi İşçi Qrupunun növbəti iclası noyabrın 23-24-nə təyin olunub. Bu barədə Trend ə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

İclasın Astanada keçiriləcəyi planlaşdırılır. Bu qərar XİQ-nin Bakı görüşündə qəbul edilib.

Hazırda iclasın gündəliyi razılaşdırılır. Tərəflər Konvensiya layihəsi üzərində işləməli və Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti sammitinin keçirilməsi ilə bağlı məsələyə baxmalıdırlar.

Xəbər lenti

Xəbər lenti