...

Rene Van der Linden Azərbaycana 2006-cı ilin yanvar ayından sonra səfər edəcək

Siyasət Materials 14 Noyabr 2005 16:00 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının prezidenti Rene Van der Linden Azərbaycana 2006-cı ilin yanvar ayından sonra gələcək. Bu barədə Trend ə AŞ-nin Bakıdakı informasiya ofisindən məlumat verilib.

"R.Linden Azərbaycana baş çəkmək arzusunda olduğunu bildirib, lakin səfərin dəqiq tarixi hələ razılaşdırılmayıb. Ola bilsin ki, səfər gələn ilin yanvarından sonra baş tutacaq", - deyə ofisdə qeyd ediblər.

AŞ PA-nın yanvarın 23-27-də keçiriləcək plenar iclasında Azərbaycandakı vəziyyət, xüsusilə 6 noyabr parlament seçkilərinin keçirilməsi və yekunları ilə bağlı məsələlər müzakirəyə çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti