...

Sərdar Cəlaloğlu Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət verib

Siyasət Materials 14 Noyabr 2005 16:30 (UTC +04:00)

Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini Sərdar Cəlaloğlu noyabrın 14-də Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət verib. Bu barədə Trend ə S.Cəlaloğlu məlumat verib.

Qeyd edək ki, Sərdar Cəlaloğlu Mərkəzi Seçki Komissiyasının 9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə seçkilərin nəticələrinin ləğv edilməsinə dair çıxardığı qərardan apellyasiya şikayəti vermişdi. Lakin Apellyasiya Məhkəməsinin hakimi Lətif Nəbiyev şikayətçinin iddiasını təmin etməyib.

Xatrıladaq ki, Sərdar Cəlaloğlu 6 noyabr parlament seçkisində "Azadlıq Bloku"nun 9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa vahid namizədi olub. Bu seçkidə həmin dairədə Yeni Azərbaycan Partiyasının (YAP) namizədi İsrafil Əliyev qalib elan olunub. Lakin S.Cəlaloğlu bu dairədə özünün qalib gəldiyini iddia edərək Apellyasiya Məhkəməsinə şikayət ərizəsində MSK-nın 9 saylı Binəqədi ikinci seçki dairəsində nəticələrin ləğvinə dair çıxardığı qərarın qüvvədən salınmasını və özünün qalib elan olunmasını tələb etmişdi. O, Ali Məhkəmədən isə Apelyasiya Məhkəməsinin 11 noyabr tarixli qərarının ləğvini tələb edir.

Xəbər lenti

Xəbər lenti