...

İsgəndər Həmidovla Pənah Hüseynin mövqeyi üst-üstə düşməyib

Siyasət Materials 14 Noyabr 2005 16:55 (UTC +04:00)

"Hansısa səfirliyə hesabat verməkdən ötrü meydana çıxmaq lazım deyil". Trend xəbər verir ki, bu ittihamla Azərbaycan Milli Demokrat Partiyasının (AMDP) sədri İsgəndər Həmidov partiyanın noyabrın 14-də keçirdiyi mətbuat konfransında çıxış edib.

İ.Həmidov onu da vurğulayıb ki, rəhbərlik etdiyi partiya yenidən seçkilərin keçirilməsi şüarı ilə mitinqlər təşkil edən qüvvələrlə birgə mübarizə aparmayacaq: "Qətiyyətlə hakimiyyətin istefasını tələb etməliyik. Ancaq bizim müxalifət gündə mitinq keçirib sonradan dağılacaqsa, bunun effekti olmayacaq".

İ.Həmidov onu da bildirib ki, onlar müxalifətin birgə mübarizə aparması təklifilə seçkiöncəsi "Azadlıq" bloku rəhbərlərinə müraciət də ediblər. Lakin bu vaxtadək cavab verilməyib.

AMDP sədrinin bu ittihamı tədbirdə iştirak edən "Azadlıq" blokunun Mərkəzi Seçki Qərargahının rəhbəri Pənah Hüseynin xoşuna gəlmədiyi üçün o bildirib ki, apardıqları mübarizə yaxın günlərdə öz effektini verəcək: "İsgəndər bəy, hamı kimi siz də bizim mitinqə qatılıb bu mübarizəni gücləndirin", - deyə P.Hüseyn qeyd edib.

Xəbər lenti

Xəbər lenti