...

Namizədlərin toplantı keçirmələrinə icazə verilməyib

Siyasət Materials 14 Noyabr 2005 17:13 (UTC +04:00)

"Seçkilərdə hüququ pozulan namizədlərin noyabrın 16-da saat 12.00-da Aşıq Ələsgər adına sarayında toplantısına icazə verilməyib". Trend xəbər verir ki, bu barədə "Azadlıq" seçki blokunun Mərkəzi Seçki Qərargahının rəhbəri Pənah Hüseyn bildirib.

P.Hüseyn qeyd edib ki, vaxt az olduğundan digər ünvanların axtarışını aparmayıblar: "Belə getsə tədbiri açıq havada keçirəcəyik. Çünki bu blokun ən vacib toplantılardan biri olacaq. Bu tədbirdə biz növbəti mübarizə fəaliyyətimizi və digər siyasi qüvvələrlə iş birliyimizi müəyyənləşdirəcəyik".

Onu da qeyd edək ki, tədbiri "Azadlıq" seçki bloku təşkil etsə də seçkilərdə səs qazanmayan müxalifətin bütün namizədləri dəvətlidirlər.

Xəbər lenti

Xəbər lenti