...

"Azadlıq" bloku noyabrın 19-u və 20-də növbəti mitinqlərini keçirəcək

Siyasət Materials 14 Noyabr 2005 17:18 (UTC +04:00)

"Azadlıq" bloku Bakı şəhərində növbəti yürüş-mitinqini noyabrın 19-u və 20-də keçirəcək. Bu barədə Trend ə "Azadlıq" blokundan məlumat verilib. Qeyd edək ki, "Azadlıq Bloku" noyabrın 18-i,19-u və 20-də keçmiş "Qələbə" kinoteatrının qarşısında davamlı aksiyalar keçirmək barədə qərar qəbul edib və bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət göndərib. Lakin şəhər rəhbərliyi noyabrın 18-ə planlaşdırılan mitinqlə göndərilən müraciəti qəbul etməyib. Bakı Şəhər İcra Hakimiyyəti yalnız noyabrın 19-da keçiriləcək mitinqlə bağlı müraciəti qəbul edib və noyabrın 15-də cavab verməsi gözlənilir. Ona görə də "Azadlıq Bloku" noyabrın 19-da saat 15.00-dan 17.00-dək "20 Yanvar"-"Qələbə" marşrutu üzrə yürüş-mitinq keçirməyə qərar verib. Blok, həmçinin, noyabrın 20-də keçirilməsi planlaşdırılan aksiya ilə bağlı noyabrın 14-də Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.

Xəbər lenti

Xəbər lenti