...

ANAMA Saloğlu layihəsinin təqdimatını keçirir

Siyasət Materials 14 Noyabr 2005 18:00 (UTC +04:00)

Noyabrın 18-də Azərbaycan Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Ağstafada partlamamış hərbi sursatların təmizlənməsi üzrə Saloğlu layihəsinin təqdimatını keçirib. Bu barədə Trend ə agentlikdən məlumat verilib.

Layihə Azərbaycan hökumətinin NATO-nun Maddi-texniki təchizat və yardım təşkilatı ilə əməkdaşlıq əsasında həyata keçirilir. Layihənin dəyəri 1,047,649 avro təşkil edir. Azərbaycan bütün öhdəliklərini yerinə yetirib və NATO və tərəfdaş ölkələr -Finlandiya, Lüksemburq, Norveç, Türkiyə, İsveç, ABŞ, Avstraliya və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (VMTİP) yardımı ilə layihənin realizə olunması üçün lazım olan məbləği toplamaq mümkün olub.

Layihənin təqdimatı mərasimində Azərbaycanın baş nazirinin müavini Abid Şərifov, NATO-nun Orta Asiya və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Robert Simens və tərəfdaş ölkələrin səfirləri iştirak edəcək.

Xatırladaq ki, 1991-ci ildə Azərbaycanın Ağstafa rayonunun Saloğlu kəndi yaxınlığında baş vermiş partlayış nəticəsində 40 milyon kvadrat metrdən artıq ərazidə baş vermiş 148 partlayış nəticəsində 80 tnəfər yaralanmış, 31 nəfər həlak olmuşdu.

Xəbər lenti

Xəbər lenti