...

Azərbaycan prezidenti Zaqatala Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad edib

Siyasət Materials 14 Noyabr 2005 18:40 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 14-də respublikanın Zaqatala rayonu İcra Hakimiyyətinin başçısı Vaqif Rəhimovun vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb. Bu barədə Trend məlumat yayıb.

Vaqif Rəhimov vəzifəsindən prezidentin parlament seçkilərinə hazırlıqla bağlı iki (2005-ci il 11 may və 25 oktyabr) sərəncamının bəndlərini yerinə yetirilməməsinə , eləcə də 2005-ci il 6 noyabr parlament seçkisi günü səslərin hesablanması prosesinə müdaxilə etdiyinə görə azad edilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minib.

Qeyd edək ki, noyabrın 12-də Azərbaycanın Mərkəzi Seçki Komissiyası 110 saylı Zaqatala seçki dairəsinin 19 məntəqəsi üzrə səsvermənin nəticələrini etibarsız hesab eib. Ümumilikdə bu seçki dairəsi üzrə səsvermənin bütün nəticələri qanunsuz elan edilib.

Xəbər lenti

Xəbər lenti