...

Azərbaycan Astanada Xəzər üzrə keçirilən görüşdə iştirak edəcək

Siyasət Materials 14 Noyabr 2005 21:11 (UTC +04:00)

Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi üzrə birgə işçi qrupunun növbəti iclası, planlaşdırıldığı kimi, noyabrın 23-də Astanada keçiriləcək. Trend in məlumatına əsasən, AR XİN başçısının müavini Xələf Xələfov bu barədə bildirib. Onun sözlərinə görə, Azərbaycan bu tədbirdə iştirak üçün artıq razılıq verib və müvafiq nota iclasın iştirakçısı olan ölkələrə göndərilib.

Rəsmi Bakının Rusiyanın Xəzərdə çevik əks-təsir qüvvələri yaradılmasına münasibətini şərh edərkən X.Xələfov qeyd edib ki, həmin məsələ müzakirə edilir və zərurət halında Azərbaycan öz mövqeyini bəyan edəcək.

Eyni zamanda o bildirib ki, dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycan-Rusiya komissyiası gələn ilin əvvəlində növbəti iclası keçirməlidir. O, qeyd edib ki, sənədlərin əksər hissəsi artıq müzakirə üçün hazırlanıb və sərhədlərin 95%-i artıq razılaşdırılıb. Yalnız 3 sahə qalır. Delimitasiya üzrə Azərbaycan-Gürcüstan komissiyasına toxunaraq X.Xələfov qeyd edib ki, Bakı və Tbilisinin həmin məsələyə dair mövqeyi bir qədər ayrılır. Bu yaxınlarda Azərbaycan və Gürcüstan aroasında hökumətlərarası komissiyanın görüşü keçirilib, növbəti görüş isə yaxın vaxtlarda Tbilisidə keçiriləcək.

İranın Amerika RLS-nin Azərbaycanda yerləşdirilməsindən narahatlığı barədə məsələyə toxunan nazir müavini bildirib ki, RLS-nin Azərbaycanda yerləşdirilməsi ölkənin sərhədlərinin möhkəmləndirilməsinə kömək edir və qonşu ölələrin maraqlarının məhdudlaşdırılmasına yönəlib.

Xəbər lenti

Xəbər lenti