"İran prezidenti Mahmud Əhmədinicatın "İsrail yer üzündən silinməlidir" bəyanatını bir dövlətin başçısının digərinə "normal müraciət"i kimi qiymətləndirmək olmaz. Bu, dövlətlərarası dialoq dili deyil". Trend in xəbər verdiyi kimi, bu barədə İsrailin Bakıdakı səfiri Artur Lenk İsrailin keçmiş baş naziri İshak Rabini anma mərasimində bəyan edib.
Azərbaycan-İsrail əməkdaşlığının inkişaf tempinə gəldikdə, o bildirib ki, rəsmi Təl-Əviv bu ölkə ilə ikitərəfli əlaqələri genişləndirməyə hazırdır.
Diplomat İ.Rabinin dəfn mərasimində Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin də iştirak etdiyini xatırladaraq qeyd edib ki, bu gün hər iki dövlət arasında əlaqələrin səviyyəsi olduqca yüksəkdir.