...

Tahir Kərimli: "Azərbaycançı Qüvvələr bloku ümidlərimizi doğrultmadı"

Siyasət Materials 15 Noyabr 2005 13:16 (UTC +04:00)

"Vəhdət Partiyasının Azərbaycançı Qüvvələr seçki blokundan çıxmaq barədə qərarı noyabrın 15-də saat 13.00-da Sədrlər Şurasında müzakirə olunacaq". Bu barədə Trend ə adıçəkilən partiyanın sədri Tahir Kərimli bildirib.

Partiya sədri onu da qeyd edib ki, blok qarşısına qoyduğu vəzifə və məqsədinin öhdəsindən gələ bilməyib: "Partiyamız 4 ildir ki, bu blokun tərkibində fəaliyyət göstərir. Ancaq blok nə prezident, nə bələdiyyə, nə də parlament seçkilərində ümidlərimizi doğrultdu. Mən belə fikirləşirəm ki, gələcəkdə bu qurumda fəaliyyətimiz heç bir effekt verməyəcək".

T.Kərimli "Azadlıq" seçki blokunun seçkilərin yenidən keçirilməsi ilə bağlı təşkil etdiyi mübarizədə hələlik fərdi şəkildə iştirak etdiyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti