...

Bu il Salyanda fermerlər və fiziki şəxslər 54 min 680 ton taxıl istehsal edib

Siyasət Materials 15 Noyabr 2005 13:24 (UTC +04:00)

Bu il Salyanda fermerlər və fiziki şəxslər 54 min 680 ton taxıl (dəyəri 28 min 379 milyon manat -yeni manatla 5 min 675 min manat) istehsal ediblər. Bu, keçən ilki göstəricidən təxminən 5 min ton çoxdur.

Dən üçün qarğıdalı istehsalı da ötən ilə nisbətən 113 ton artaraq 324 ton olub. Kartof istehsalı 2201 ton, tərəvəz istehsalı 7 111 ton, bostan məhsulları istehsalı 3544 ton, meyvə istehsalı 971 ton, üzüm istehsalı 1597 ton təşkil edib. Bu göstəricilər əvvəlki illərlə müqayisədə nəzərə çarpacaq dərəcədə çoxdur. Kənd əməkçiləri strateji əhəmiyyət kəsb edən pambıq istehsalına da diqqəti artırıblar. Belə ki, bu il 5395 hektar sahədə (bu, ötən ilin göstəricisindən 1683 hektar çoxdur) 8247 ton pambıq istehsal olunub. Hazırda məhsul yığımı davam edir.

Xəbər lenti

Xəbər lenti