...

Mənsum Bayramov: "Müxalifətdən olan MSK üzvlərinin istefa verməsi gündəmdə deyil"

Siyasət Materials 15 Noyabr 2005 19:28 (UTC +04:00)

"Mərkəzi Seçki Komissiyasının üzvlərinin istefa verməsi məsələsi ümumiyyətlə gündəmdə deyil". Bu fikirləri Trend ə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Mənsum Bayramov bildirib. O, MSK-nın müxalifətdən olan üzvlərinin seçkinin nəticələrinə etiraz olaraq vəzifələrindən istefa verəcəkləri barədə yayılan məlumatları təkzib edib. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-islahatçılar) nümayəndəsi olan Mənsum Bayramov bildirib ki, onlar yalnız seçki keçirilən gün və səhərisi günü bu ehtimalı nəzərə alaraq istefa vermələri məsələsini müzakirə ediblər:

"MSK-nın beş nəfər müxalifətdən olan üzvü fikirləşirdik ki, əgər seçki saxtakarlığına qarşı heç bir tədbir görə, qərarlar qəbul etdirə bilməsək və həmçinin buna təmsil etdiyimiz partiyalarımız bizi geri çağırsalar, isttefa verə bilərik. Lakin seçkidən sonra MSK-ya çoxsaylı şikayətlər daxil oldu və araşdırılması üçün bizim üstümüzə göndərildi. Müxalifətdən olan MSK üzvləri də qərara gəldik ki, bu şikayətlərin, qanun pozuntularının araşdırılmasına, saxtakarlıqların aradan qaldırılmasına, ləğv edilməsinə çalışaq. Hazırda da bu işlərlə məşğuluq. Ona görə də MSK üzvlüyündən istefa vermək məsləsi bizim gündəmdə yoxdur və müzakirə də edilmir"- deyə M.Bayramov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti