...

Nazim İbrahimov: "Azərbaycan diasporası ilə iş konsepsiyasının hazırlanması davam edir"

Siyasət Materials 16 Noyabr 2005 13:01 (UTC +04:00)
Nazim İbrahimov: "Azərbaycan diasporası ilə iş konsepsiyasının hazırlanması davam edir"

"Azərbaycan diasporası ilə iş konsepsiyası layihəsinin hazırlanması davam edir". Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərə xaricdə yaşayan azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov məlumat verib.

Onun sözlərinə görə, hər günün öz yenilikləri var və onlar konsepsiyaya daxil edilir. "Biz bu ideyaları layihəyə daxil etmək məqsədilə konsepsiyanın hazırlanmasını uzadırıq. Onun üzərində işləyir və hesab edirik ki, elə sənəd hazırlamalıyıq ki, Azərbaycan diasporasını uzun illər xarakterizə etsin və yaxın 15,20 və hətta 50 ildən sonra atılacaq addımları özündə əks etdirsin", - deyə o qeyd edib.

N.İbrahimov bildirib ki, sənəd yaxın gələcəkdə qəbul ediləcək. "Bu, bütün dünyada yaşayan azərbaycanlıları əhatə edərək onların psixoloji vəziyyətini təhlil etdikdən və onlara daha çox nəyin lazım olduğunu müəyyənləşdirdikdən sonra baş verəcək. Yalnız bundan sonra biz qısa müddət ərzində konsepsiyanı təqdim edə biləcəyik", - deyə o əlavə edib.

Dövlət Komitəsi nümayəndələrinin Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə təyin olunması ilə bağlı erkən planlara gəldikdə N.İbrahimov təəssüflə bildirib ki, bu məsələ hələlik həll olunmayıb və onun həlli Dövlət Komitəsindən asılı deyil.

Xəbər lenti

Xəbər lenti