...

Sahib Mirzəyev: "Cinayətkar tərəfindən bıçaqlanmış əməkdaşlarımızın səhhəti normallaşmağa doğrudur"

Siyasət Materials 16 Noyabr 2005 13:06 (UTC +04:00)

Cinayətkar tərəfindən bıçaq zərbələrinə məruz qalmış Nəsimi rayon Polis İdarəsinin 22-ci bölməsinin rəis müavini Ədalət Əliyevin və bölmənin əməliyyat müvəkkili Elfat Teymurovun səhhəti normallaşmağa doğrudur. Bu barədə Trend ə Nəsimi rayon polis idarəsinin rəisi Sahib Mirzəyev məlumat verib.

"Noyabrın 15-də gecə saat 02 radələrində 22-ci bölmənin rəis müavini ilə əməliyyat müvəkkili 28 may küçəsində Ağdam rayon sakini Xəyyam Həsənovu cinayət başında yaxalayarkən bıçaq zərbələrinə məruz qalıblar. Buna baxmayaracaq cinayətkar zərərsizləşdirilərək yaxalanıb", - deyə rəis qeyd edib.

Rəis müavininin sözlərinə görə, Xəyyam Həsənov 28 may küçəsi ilə addımlayan Bakı şəhər sakini Hüseyn Cabbarova yaxınlaşaraq onun əlinə bıçaq zərbəsi endirib və mobil telefonunu əlindən alıb. Bu zaman maşınla həmin ərazidən keçən 22-ci polis bölməsinin rəis müavini Ədalət Əliyev və bölmənin əməliyyat müvəkkili Elfat Teymurov hadisəni görərək dərhal maşından düşüblər. Cinayətkarı zərərsizləşdirmək istəyərkən rəis müavini başından, əməliyyat müvəkkili isə kürəyindən bıçaq zərbələrinə məruz qalıb.

S.Mirzəyev: "Artıq faktla bağlı Nəsimi rayon Prokurorluğunda cinayət işi qaldırılıb və Xəyyam Mirzəyevlə bağlı həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 181-ci (soyğunçuluq) və 315-ci (hökumət qulluqçusuna müqavimət göstərmə və xəsarət yetirmə) maddələri ilə istintaqa cəlb edilib".

Xəbər lenti

Xəbər lenti