...

Azərbaycan Qars-Axalkalaki-Tbilisi-Bakı layihəsini həyata keçirməkdə davam edir

Siyasət Materials 16 Noyabr 2005 13:41 (UTC +04:00)
Azərbaycan Qars-Axalkalaki-Tbilisi-Bakı layihəsini həyata keçirməkdə davam edir

"Qars-Axalkalaki-Tbilisi-Bakı" dəmiryolunun tikintisi layihəsi mayın 25-də onun həyata keçirilməsi üzrə Bakı deklarasiyasını imzalamış Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iradəsi ilə həyata keçirilir. Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov ABŞ senatı tərəfindən bu layihənin maliyyələşdirilməsinin ləğvinə dair sənədin hazırlanmasına ilə bağlı məlumatı şərh edərkən bildirib.

"Bu, həmin istiqamətdə atılan birinci addım deyil. Erməni lobbisinin təşəbbüsü ilə layihənin həyata keçirilməsinə qarşı bir sıra tədbirlər görülür. Qars-Axalkalaki-Tbilisi-Bakı dəmiryolunun tikintisi layihəsi iqtisadi layihədir və özündə heç bir siyasi motivləri əks etdirmir. O, Avropa-Qafqaz-Asiya" (TRACECA) nəqliyyat dəhlizinin Asiyadan Avropaya daşımalar həyata keçirməyə imkan verəcək qoludur". , -deyə o vurğulayıb.

M.Pənahov onu da qeyd edib ki, prezidentlərin sərəncamları ilə layihənin reallaşması üzrə işlər aparılır. "Layihə texniki-iqtisadi cəhətdən əsaslandırılır və bu, dekabrın sonuna kimi başa çatacaq. 2006-cı ilin mayına kimi onun iş layihəsi hazır olacaq. Bu dövr ərzində layihənin maliyyələşdirilməsi ilə bağlı məsələ həll olunacaq. Hazırda bəzi təkliflər irəli sürülüb", - deyə o əlavə edib.

Nazir müavini onu ba bildirib ki, çoxlu sayda ermənilərin yaşadığı Axalkalakidə stansiyanın yerinin dəyişdirilməsi nəzərdə tutulmayıb. "Türkiyədən Axalkalakiyə qədər (Gürcüstan sərhədi) ərazidə dəmir yolu Avropa standartlarına uyğun tikiləcək", - deyə M.Pənahov sonda qeyd edib.

Xəbər lenti

Xəbər lenti