...

Azərbaycan prezidenti Latviya və Omanın dövlət başçılarına təbrik məktubu ünvanlayıb

Siyasət Materials 16 Noyabr 2005 19:50 (UTC +04:00)

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev noyabrın 16-da Latviya Respublikasının prezidenti xanım Varya Vike-Freyberqaya və Oman sultanı Əlahəzrət Qabus bin Səidə təbrik məktubu ünvanlayıb. Trend xəbər verir ki, dövlət başçısı hər iki ölkə rəhbərini milli bayram münasibətilə öz adından və Azərbaycan xalqı adından təbrik edib.

Azərbaycanla Latviya və Oman sultanlığı arasında yaranmış ikitərəfli dostluq və qardaşlıq əlaqələrinin bundan sonra da inkişaf etdiriləcəyindən doğan inam prezidentin təbrik məktubunda öz əksini tapıb.

Xəbər lenti

Xəbər lenti