...

Dekabrda Azərbaycan hökuməti və NATO arasında raket yanacağının zərərsizləşdirilməsi üzrə layihə imzalanacaq

Siyasət Materials 18 Noyabr 2005 14:19 (UTC +04:00)
Dekabrda Azərbaycan hökuməti və NATO arasında raket yanacağının zərərsizləşdirilməsi üzrə layihə imzalanacaq

2005-ci ilin dekabrında Azərbaycan hökuməti və NATO arasında SSRİ-nin dağılmasından sonra Azərbaycanda qalmış raket yanacağının zərərsizləşdirilməsi üzrə layihə imzalanacaq. Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərə Azərbaycanın baş nazirinin müavini Abid Şərifov bildirib.

Onun sözlərinə görə, layihə NATO-nun "Sülh uğrunda tərəfdaşlıq" proqramı çərçivəsində həyata keçiriləcək və Azərbaycının tərəfdaşı Maddi-Texniki Təminat təşkilatı olacaq (NAMSA). Layihə ilə bağlı ilkin razılaşma əldə olunub və yalnız sənədin imzalanması qalıb. A.Şərifov onu da bildirib ki, yanacaq Mingəçevir və Ələt ərazisindədir.

A.Şərifov Azərbaycan hökuməti ilə NATO arasında əməkdaşlığı yüksək qiymətləndirərək bu sahədə donor ölkələrlə səmərəli əməkdaşlığın davam edəcəyinə ümid etdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti