...

NATO Azərbaycanın çirklənmiş ərazilərinin təmizlənməsi üzrə layihələrin reallaşdırılmasını davam etdirir

Siyasət Materials 18 Noyabr 2005 15:09 (UTC +04:00)

Noyabrın 18-də Azərbaycan Ərazilərinin Minalardan Tmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Ağstafa rayonunda partlamamış hərbi sursatın təmizlənməsi üzrə Saloğlu layihəsinin təqdimat mərasismini keçirib. Bu barədə Trend məlumat yayıb.

Azərbaycan hökuməti ilə NATO-nun maddi-texniki təchizat və təminat Təşkilatının dəstəyi ilə həyata keçirilən layihənin təqdimatında Azərbaycanın baş nazirinin müavini Abid Şərifov, NATO-nun Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Robert Simons və tərəfdaş ölkələrin səfirləri iştirak edib. ANAMA -nın layihə üzrə direktoru Nazim İsmayılov mərasim iştirakçılarına bildirib ki, layihənin dəyəri 1,047,649 avrodur. Azərbaycan öz üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirib, NATO-nun tərəfdaş ölkələrinin- Finlandiya, Lüksemburq, Norveç, Türkiyə, İsveç, ABŞ, Avstraliya və BMT-nin Yardım Proqramının yardımı ilə layihənin reallaşdırılması üçün lazımi məbləği toplamaq mümkün olub. A.Şərifovun sözlərinə görə, Azərbaycan özünün bütün daxili imkanlarından istifadə edərək layihə üzrə bütün öhdəlikləri yerinə yetirib və NATO ilə əməkdaşlığı davam etdirməyə hazırdır.

R.Simonsun sözlərinə görə, NATO-nun səyləri Azərbaycan xalqının təhlükəsizliyiinin təminatına və onun həyat səviyyəsinin yüksəlməsinə, eləcə də "soyuq müharibə"nin nəticələrinin ləğv olunmasınaÖ eləcxə də Ağstafa rayonun ərazisçindən Soset Silahlı Qüvvələrinə məxsusu hərbi sursatların qalıqlarının təmizlənməsinə yönəlib.

Xatırladaq ki, 1991-ci ildə Azərbaycanın Ağstafa rayonunun Saloğlu kəndinin ərazisində yerləşən keçmiş SSRİ Silahlı Qüvvələrinin hərbi cəbbəxanasında baş vermiş partlayış nəticəsində 40 miln kv.metrdən artıq ərazi partlamamış hərbi sursatlarla çirklənib. Bu ərazidə baş vermiş 148 partlayış nəticəsində 80 nəfər yaralanıb, 31 nəfər həlak olub.

Xəbər lenti

Xəbər lenti