...

16 saylı Yasamal seçki dairəsindən namizədlər Respublika Prokurorluğuna müraciət etdilər

Siyasət Materials 18 Noyabr 2005 15:55 (UTC +04:00)

16 saylı Yasamal ikinci seçki dairəsindən namizədliyini irəli sürmüş bir neçə nəfər deputatlığa namizəd Respublika Prokurorluğuna şikayət ərizəsi ilə müraciət ediblər. Bu barədə Trend ə həmin namizədlərdən biri Akif Nağı məlumat verib.

Namizədlər müraciətdə həmin dairədə seçkilərin nəticələrinin sayılması zamanı törədilən qanun pozuntuları barədə məlumat veriblər.

Seçkinin nəticələrinin etibarsız sayılmasının vacibliyini vurğulayan namizədlər Respublika Prokurorluğundan bu saxtalaşdırmada iştirak etmiş dairə və məntəqə seçki komissiyası sədrlərinin və üzvlərinin, digər günahkarların aşkarlanıb cinayət məsuliyyətinə cəlb olunmasını tələb ediblər.

Müraciəti 16 saylı Yasamal ikinci seçki dairəsindən deputatlığa namizədlər Azad Kərimov, Akif Nağı, Nadir Quliyev, Fəxrəddin Babayev, İlqar Nəsibov, Yeganə Musazadə, Rauf İbrahimov, Haqverdi Haqverdiyev imzalayıblar.

Qeyd edək ki, bu dairə üzrə BDU-nun rektoru Abel Məhərrəmov qalib elan olunub.

Xəbər lenti

Xəbər lenti