...

Gürcüstan XİN başçısı yaxın vaxtlarda Azərbaycana səfər edəcək

Siyasət Materials 18 Noyabr 2005 16:03 (UTC +04:00)

Gürcüstanın yenidən təyin edilmiş xarici işlər naziri Qela Bejuaşvili yaxın vaxtlarda Azərbaycana nazir kimi ilk səfərini edəcək. Bu barədə eksklüziv olaraq Trend ə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Qumberidze bildirib.

Səfirin sözlərinə görə, səfər tanışlıq xarakteri daşıyacaq və iki ay ərzində həyata keçiriləcək. Gürcüstan XİN başçısı Azərbaycanın rəsmi şəxsləri ilə ikitərəfli görüşlər keçirəcək və iki ölkənin əməkdaşlıq perspektivlərini müzakirə edəcək. Səfir bildirib ki, yaxın vaxtlarda tərəflər səfərin hazırlığına başlayacaq.

Xəbər lenti

Xəbər lenti