...

YUNESKO-nun Xoş məramlı səfiri Mehriban Əliyeva Parisdə görüşlər keçirir

Siyasət Materials 18 Noyabr 2005 16:24 (UTC +04:00)

YUNESKO-nun Xoş məramlı səfiri, Azərbayanın birinci xanımı Mehriban Əliyeva Parisdə YUNESKO-nun 60 illiyi münasibətilə keçirilən təntənəli mərasimlərdə iştirakı çərçivəsində bu təşkilatın bir sıra rəsmi şəxsləri ilə görüşlər keçirir. Bu barədə Trend ə YUNESKO yanında Azərbaycanın nümayəndəsi Eleonora Hüseynova ekskluziv məlumat verib.

Onun sözlərinə görə, M.Əliyevanın YUNESKO-nun baş direktoru Koişiro Matsuura, təntənələrdə iştirak edən bir çıra ölkələrin yüksəkrütbəli şəxsləri ilə, o cümlədən, Fransanın XİN-nin rəhbəri, Seneqalın Xalq Toplantısının sədri və YUNESKO-nun eks direktorları ilə, eləcə də Ukraynanın prezidenti V.Yuşşenko ilə qısa müddətli görüşlər keçirib. Bu görüşlərin əsas mövzusu Azərbaycan reallıqları olub.

Xatırladaq ki, yubileylə əlaqədar noyabrın 16-17-də Parisdə silsilə tədbirlər keçirilib ki, onlardan biri də YUNESKO-nun tarixinə həsr olunmuş kollokvium olub.

Elə həmin gün axşam təşkilatın yubileyi ilə bağlı təntənəli gecə keçirilib. Konsert proqramına Azərbaycanın musiqi kollektivlərinin çıxışları da daxil edilib. E,Hüseynovanın sözlərinə görə, məşhur Azərbaycan bəstəkarı, dirijoru və pianoçusu F.Əlizadənin "Kəsişən yollar" əsərini ifa edən Azərböaycan Dövlət Simfonik Orkestrinin çıxışı tamaşaçıları xahişi ilə təkrar ifa olunub. E,Hüsenyova bunu Azərbaycan mədəniyyətinin böyük uğuru olduğunu qeyd edib.


Xəbər lenti

Xəbər lenti